Ulu Öndərin anım gününə həsr olunmuş sənədli filmə baxış keçirildi.
12 dekabr 2024-cü il tarixində D,cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş sənədli filmə baxış keçirildi. Əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Mətanət Mayılova dövlətin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat vermiş, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən, gənclərə diqqət və qayğısından danışmışdır.