"Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici məşğələ
11 dekabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva və tibb bacısı Lubuzə Babayeva tərəfindən VIII siniflər arasında Reproduktiv sağlamlığa dair "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda maarifləndirici məşğələ keçirildi. Məşğələ zamanı şagirdlərə şəxsi və ümumi gigiyena barədə ən zəruri informasiyalar verilmiş, şagirdlər düzgün qidalanma və sağlam həyat tərzi haqqında biliklərə yiyələnmişlər.
Sonda şagirdlər 4 qrupa (Stomatoloq, Dermatoloq, Terapevt, Dieotoloq) peşələrə uyğun “yaddaş kartı-gigiyenik qaydalar” hazırlamışlar. Qrupların hazırladıqları təqdimatlar dinlənildi.