"QİÇS-ə qarşı mübarizə" adlı maarifləndirici seminar

   3 dekabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva və tibb bacısı tərəfindən yuxarı sinif şagirdlərinin iştirakı ilə “QİÇS-ə qarşı mübarizə” adlı maarifləndirici seminar keçirildi. Seminarın məqsədi şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaq idi. İlk olaraq məktəbin psixoloqu Natəvan Əliyeva Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında şagirdlərə məlumat verdi, ölkəmizdə QİÇS-in ilk dəfə 1987-ci ildə qeydə alındığını bildirərək, dünyada və Azərbaycanda bu xəstəliklə bağlı bəzi statistik məlumatları şagirdlərin diqqətinə çatdırdı, bu virusun yoluxma halları və onunla mübarizə yolları haqqında şagirdləri məlumatlandırdı.

Tibb bacısı çıxışında şagirdlərə sağlam həyat tərzi nədir və sağlam olmaq üçün nələrə əməl edilməsi haqqında tövsiyələr verdi.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi