“İnsan alverinə qarşı mübarizə üsulları” mövzusunda profilaktik söhbət

   29 noyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən IX sinif şagirdlərinin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə üsulları” mövzusunda profilaktik söhbət keçirildi. Söhbətin keçirilməsində əsas məqsəd şagirdləri insan alveri qurbanlarının müdafiəsi mexanizmləri ilə tanış etmək, əldə edilmiş biliklər vasitəsilə problemin çıxış yollarını tapmaq və həll etməkdən ibarət olmuşdur. Psixoloq şagirdlərə insan alveri necə baş verir, kimlər risk altındadır, bu kimi halların qarşısı necə alınmalı olduğu haqqında geniş məlumat verdi.

Sonda videoçarx nümayiş olundu, mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi