Bilim Bakı Mərkəzinə ekskursiya
Şagirdlərin elmə, innovasiya və texnologiyaya maraq və biliklərinin artırılması məqsədilə 28.11.2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin şagirdləri Bilim Bakı Mərkəzində keçirilən təlimlərdə iştirak etdilər. Məqsəd istedadlı və yaradıcı şagirdlərin potensialını ortaya çıxarmaq ,onlarda texnologiyaya maraq oyatmaq olmuşdur.
Mərkəzdə şagirdlərin yaş və maraq dairələrinə uyğun müxtəlif laboratoriyalarda məşğələlər təşkil edilmişdir. Şagirdlər tam fərqli və maraqlı təlim üsulu ilə tanış oldular və təlimdən çox razı qaldılar.