"Bullinqlə necə mübarizə aparmalı?" mövzusunda maarifləndirici seminar
28 noyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən VII sinif şagirdləri ilə “Bullinqlə necə mübarizə aparmalı ?” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Psixoloq xüsusilə yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdi, bullinqin formaları, onunla mübarizə yolları haqqında ətraflı məlumat verdi.
Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.