"8 noyabr-Zəfər günü"nə həsr olunmuş "Rənglərin su üzərində rəqsi" adlı masterklass
7 noyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə IIa və IIIa sinif şagirdlərinin iştirakı ilə “8 noyabr-Zəfər günü”nə həsr olunmuş “Rənglərin su üzərində rəqsi” adlı masterklass keçirildi. Masterklassın məqsədi uşaqların fərqli teksturalı materiallarla sensamator bacarıqlarını inkişaf etdirməkdən, estetik tərbiyəni formalaşdırmaqdan ibarət olmuşdur. İlk olaraq rəssam Ümüd Həsənli ebru sənətinin tarixi barədə məlumat verərək, bu sənətin rənglərin su ilə rəqsindən yaranan bir ahəng olduğunu qeyd etdi. Daha sonra o, ebru ilə məşğul olmanın bir terapiya olduğunu qeyd edərək, fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını artırıb estetik yönlərinin ortaya çıxarmasını təmin edir.
Masterklass şagirdlər tərəfindən çox maraqla qarşılandı. Sonda iştirak edən şagirdlər sertifikatla təltif olundular.