"Zəfər günü" nə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi

   5 noyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Rəqəmsal bacarıqlar müəllimi Rəhimzadə Nərmin tərəfindən VII sinif şagirdləri arasında “Zəfər Günü”nə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirildi. Müsabiqənin məqsədi şagirdləri milli-mənəvi ruhda yetişdirmək, onlarda vətənpərvərlik hissini daha da inkişaf etdirmək, həmçinin tarix fənni ilə inteqrasiya edərək onlarda bu fənnə qarşı maraq, həvəs yaratmaqdır.

Şagirdlərin hazırladıqları videotəqdimatlar nümayiş etdirildikdən sonra qaliblər müəyyən olundu. Nəticələrə əsasən I yerə VIIB sinif şagirdi Əliyeva Zəhra, II yerə Atakişiyev Rəsul, III yerə Ağayeva Fatimə layiq görüldü. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi