"Zəfər günü" nə həsr olunmuş atıcılıq yarışı
D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş müəllimlər arasında "Mahir atıcı" güllə atıcılığı idman növü üzrə yarış keçirildi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin hərbi rəhbəri Zahid Eminov çıxış edərək yarışın keçirilməsində əsas məqsəd güllə atıcılığı idman növünə marağın artırılması və bu idman növünün kütləviləşdirilməsi olduğunu vurğuladı. Sonra iştirakçılara yarışın qaydaları izah edildi və birinciliyə start verildi.
Yekun nəticədə qalib olan komandalar diplom və medallarla mükafatlandırıldı.