"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirildi.

   “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə, həmçinin “Məktəblərdə ekologiya ayı” layihəsi çərçivəsində məktəb rəhbərliyi tərəfindən pedaqoji heyət və şagirdlərin iştirakı ilə ağacəkmə aksiyası keçirildi. Ağacəkmə aksiyalarının təşkil olunmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəbin həyətyanı sahəsinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.

Məktəbin həyətyanı sahəsində müxtəlif ağaclar əkilib, həmçinin digər ağacların, güllərin dibini yumşaldıb, abadlıq işləri görüblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi