"Ekologiya ayı" layihəsi çərçivəsində təqdimat dərs keçirildi.

   “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə, həmçinin “Məktəblərdə ekologiya ayı” layihəsi çərçivəsində 28 oktyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə VIII-IX sinif şagirdlərinin iştirakı ilə təqdimat dərs keçirildi. Məktəbin ingilis dili müəllimlərinin təşəbbüsü ilə keçirilən dərs zamanı gənc nəslin ətraf mühit ilə bağlı bilgilərinin möhkəmləndirilməsi üçün məktəblərdə ekoloji təbliğata daha çox fikir verilməli olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, hazırda dünyada təbiətlə insan təmasında balans pozulur və bu problemin qarşısının alınması gələcək nəsillər üçün çox vacibdir.

Şagirdlərin təqdimatları dinlənilmiş, müzakirələr aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi