"Ətraf mühitimizi qoruyaq" adlı tədbir

   “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə, həmçinin “Məktəblərdə ekologiya ayı” layihəsi çərçivəsində 24 oktyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə IV sinif şagirdlərinin iştirakı ilə “Ətraf mühitimizi qoruyaq” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Mayılova 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq şagirdlərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması və təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini bildirdi. Şagirdlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, torpaq, su, hava çirkliliyinin artmasından danışdılar. Şagirdlər təbiətin qorunmasından bəhs edən səhnəcik nümayiş etdirdilər, mahnı və şeirlər səsləndirdilər.

Sonda tullantılardan hazırlanan əşyalar nümayiş etdirildi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi