"Təbiəti sevərək qoruyaq" adlı rəsm sərgisi

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı olaraq, Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, yaşıl enerji növlərinin yaradılması istiqamətində şagirdlərin maarifləndirilməsi məqsədilə oktyabr ayında "Məktəblərdə ekologiya ayı" layihəsi keçirilməsi nəzərdə tutulmuşdur.

Bu məqsədlə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə oktyabrın 22-də "Məktəblərdə ekologiya ayı" layihəsi çərçivəsində məktəbin təsviri incəsənət müəllimi Mehriban Müzəffərzadə şagirdlər ilə birlikdə "Təbiəti sevərək qoruyaq"adlı əl işlərindən ibarət sərgi təşkil olundu.

Sonda məktəb rəhbərliyi sərginin ərsəyə gəlməsində iştirak edən müəllimə və şagirdlərə təşəkkür etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi