"Təhlükəsizlik günü"
"Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi barədə" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il təlimati məktuba əsasən 21.10.2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə "Təhlükəsizlik Günü" adı altında tədbirlər keçirilir.
Məktəbdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, şagird təhlükəsizliyinin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə məktəbin girişində çantalara baxış keçirilib, məktəb rəhbərliyi tərəfindən siniflərdə monitorinqlər aparılıb, məktəbə giriş gücləndirilib, şagirdlərlə həmçinin şagird davranış qaydalarında əks olunan təhlükəsizlik qaydaları bir daha şagirdlərin nəzərinə çatdırılıb.