18 Oktyabr-Müstəqilliyin bərpası günü qeyd olundu.
D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə səhər toplantısı “18 Oktyabr Müstəqilliyin bərpası günü” nə həsr olundu. İlk olaraq Dövlət himni səsləndirildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Svetlana Əsgərova çıxış edərək bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olundu. Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır. 2021-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
Daha sonra siniflərdə tarixi gün ilə bağlı videoçarxlar nümayiş etdirildi, şeirlər səsləndirildi.