"Məktəblərdə ekologiya ayı" çərçivəsində esse müsabiqəsi təşkil olundu.

“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə, həmçinin “Məktəblərdə ekologiya ayı” layihəsi çərçivəsində 16 oktyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Yaşıl enerji növlərinin yaradılması, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə” mövzusunda esse yazı müsabiqəsi təşkil olundu. Müsabiqədə IX-XI sinfin şagirdləri iştirak edərək təqdim olunan mövzular əsasında esse yazdılar.
Sonda yazılara baxış keçirən müəllimlər şagirdlərin yaşadığımız dünya, ekoloji mühit, qlobal problemlər barədə qeyd etdikləri fikirləri təqdir etdilər, həmçinin onlara öz tövsiyələrini çatdırdılar.