Ekologiya aylığı çərçivəsində direktoryanı müşavirə keçirildi.

   Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə bu ilin oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" keçirilir.

    Bu məqsədlə 14.10.2024-cü il tarixdə D.Cəbrayılov adına 119 nömrəli  tam orta məktəbdə Direktoryanı müşavirə keçirildi və Ekologiya aylığı ilə bağlı tədbirlər planı hazırlandı.Tədbirlər planında dəyirmi masaların, debatların, seminar və müsabiqələrin keçirilməsi, ekoloji guşələrin yaradılması, bədii və sənədli filmlərin nümayişinin keçirilməsi qərara alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi