"Təhlükəsiz informasiya axtarışı" adlı maarifləndirici seminar

   11 oktyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktbədə IX sinif şagirdləri ilə məktəbin psixoloqu Natəvan Əliyeva, informatika müəllimi Nərmin Rəhimzadə tərəfindən “Təhlükəsiz informasiya axtarışı” adlı maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsinin əsas məqsədi reproduktiv sağlamlığın qorunması sahəsində aparılan maarifləndirici işlər istiqamətində etibarlı informasiya mənbəyinin izah edilməsi, yeniyetmələrin yanlış, həqiqətə uyğun olmayan zərərli məlumatlardan uzaqlaşdırılmasında ibarət olmuşdur.

İlk olaraq psixoloq çıxış edərək şagirdləri qeyri-səhih, etik normalara uyğun olmayan informasiyalardan, neqativ hisslər yaradan saytlardan uzaq durmağı məsləhət verdi.

Daha sonra informatika müəllimi çıxış edərək qeyd etdi ki, sosial şəbəkə istifadəçilərinin günbəgün artması özü ilə yanaşı təhlükəsizlik problemlərini də gətirir. O, şagirdlərə sosial şəbəkə dələduzlarından qorunmaq üçün nələrə diqqət etməli olduqları barədə tövsiyyələrini verdi.

Sonda şagirdlərlə “Kor və bələdçi” oyunu oynanıldı. Oyun şagirdlərin böyük marağına səbəb oldu.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi