10 Oktyabr-Ümumdünya Psixi Sağlamlıq Günü
Hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Bu məqsədlə məktəbin psixoloqu Natəva Əliyeva şagirdlərlə maarifləndirici söhbət apardı.
Psixi sağlamlıq insanın öz arzularını və bacarıqlarını reallaşdıra bildiyi, həyat stresslərinin öhdəsindən gəldiyi, həyatını keyfiyyətli yaşadığı durumdur. Psixi sağlamlığımız bizim hiss və düşüncələrimzlə bağlıdır. Bu etdiyimiz seçimlərə və davranışımıza da təsir edir. Psixoloq özümüzün və başqalarının psixi sağlamlığı üçün nə edə bilərik haqqında diskussiya apardı. Şagirdləri maraqlandıran suallar psixoloq tərəfindən cavablandırıldı.