Nizam-intizam şurasının iclası keçirildi.
8 oktyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Nizam-intizam şurasının iclası keçirildi. İclasın gündəliyində duran məsələlər "Şagird davranış qaydaları"nın tətbiqi, görülən işlərin hesabatı və jurnalların yoxlanılması, rəğbətləndirmə prosesinin təşkili, şagird davranış qaydalarının mükəmməl öyrədilməsi məqsədilə sinif təşkilat saatlarına mövzu olaraq əlavə edilməsi” mövzuları idi.
İclasın məqsədi tətbiq edilən pilot layihənin icrasını izləmək və hesabatlılığın aparılmasıdır.