Məktəbəhazırlıq qruplarında məşğələlərə start verildi.

1 oktyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə yaradılmış Məktəbəhazırlıq qruplarında məşğələlər başlandı.

İlk olaraq məktəbin direktoru Mətanət Mayılova çıxış edərək uşaq və valideynləri ilk məşğələ günü münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd beşyaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı" “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunacaq.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi