I sinifdə təhsilalanların valideynləri ilə görüş
30 sentyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “I sinif şagirdlərinin məktəbə adaptasiyası istiqamətində valideynlərə tövsiyələr” adlı maarifləndirici görüş keçirdi. Görüşün keçirilməsində əsas məqsəd uşaqlarda məktəb, dərs kimi anlayışlara qarşı neqativ fikrin yaranmasının qarşısını almaq və onlarda həyatlarında yeni mərhələ olan məktəbə sevgi, dərsə həvəsin necə yaradılmasına dair tövsiyə və məsləhətləri valideynlərə verməkdən ibarət olmuşdur.
Psixoloq məktəbə adaptasiyanın inkişaf mərhələləri haqqında ətraflı məlumat verdi, bu dövrdə yaranan çətinlikləri aradan qaldırmağın yolları barədə tövsiyələrini verdi.
Sonda valideynlerin verdiyi suallar cavablandırıldı.