27 sentyabr-Anım günü ilə bağlı tədbir keçirildi.

   D.Cəbrayılov adına 119 nömrəli tam orda məktəbdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirildi. Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən tədbirdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi  İlk olaraq Anım Günü barədə şagirdlərə  ətraflı məlumat verildi, bildirildi ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən Müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Daha sonra şagirdlər vətənpərvərlik ruhunda müxtəlif şeirlər, musiqilər səsləndirdilər, səhnəcik canlandırdılar.

Sonda məktəbin direktoru Mətanət Mayılova çıxış edərək , Vətən Müharibəsində qazanılan qələbədən sonra Qarabağda böyük abadlıq və quruculuq işlərinin başlanması, işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunması, dövlət başçısının Sərəncamına əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə məlumatları şagirdlərin diqqətinə çatdırdı. Onlara hər zaman vətənin müdafiəsinə hazır olmağın ,şəhidlərimizin əziz xatirəsini uca tutmağın vacibliyini söylədi.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi