İlk dərslər "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olundu.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2024-2025-ci tədris ilinin təşkili barədə əmrinə əsasən 16.09.2024-cü il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə ilk dərs saatları “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olundu. Şagirdlərə COP 29 beynəlxalq tədbirlə əlaqədar 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında prezidentin sərəncamı və Azərbaycan təbiətinə göstərilən dövlət qayğısı ilə bağlı məlumat verildi.