Pedaqoji şura iclası keçirilib.
13 sentyabr 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Pedaqoji şura iclası keçirilib. Məktəbin direktoru Mətanət Mayılova öz çıxışında 2024-2025-ci tədris ilində ümumi təhsil sahəsində görülmüş işlərin davam etdirilməsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 28 avqust 2024-cü il tarixli,3-29/3-2-557F/2024 nömrəli əmrini müəllimlərin nəzərinə çatdırdı. Daha sonra ilk dərs saatlarının “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunmasını bildirdi. Yeni tədris ilində hədəflər, görüləcək işlər haqqında danışaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzu edib.
Sonda məktəbin direktoru Mətanət Mayılova məktəbə yeni təyin olunmuş müəllimləri kollektivə təqdim edib, gələcək işlərində hər birinə uğurlar arzu edib.