"Şagird davranış qaydaları"nın tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirildi.
Artıq bir neçə ildir ki ümumtəhsil müəssisələrində “Şagird davranış qaydaları” pilot layihəsinin tətbiqi həyata keçirilir. Bu tədris ilindən D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə də pilot layihənin tətbiqinə başlanılır. Bu məqsədlə məktəbin pedaqoji heyəti və valideynlərlə maarifləndirici tədbir keçirildi. İlk olaraq məktəbin direktoru Mətanət Mayılova şagird davranış qaydalarına həsr olunmuş məruzə ilə çıxış edərək bildirdi ki bu qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər, şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət, əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir.
Daha sonra məktəbin psixoloqu Natəvan Əliyeva şagird davranış qaydalarına əməl etməyin şəxsiyyətin formalaşmasında rolundan bəhs etdi, bununla bağlı müəllimlərə və valideynlərə bəzi tövsiyələr verdi.
Sonda mövzu ilə bağlı suallar cavablandırıldı və fikir mübadiləsi ilə tədbir yekunlaşdı.