Son zəng tədbiri keçirildi.
14 iyun 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə Türkan qəsəbə nümayəndəliyi, məktəb rəhbərliyi, müəllim-şagird kollektivi, XI siniflərin valideynləri iştirak etdilər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
İlk olaraq məktəbin direktoru Mətanət Mayılova çıxış edərək bildirdi ki, müstəqil həyata qədəm qoyan hər bir məzun vətəninə layiqli vətəndaş olmağı qarşısına məqsəd qoymalı, öz gələcəyini xoşbəxt qurmalıdır, daha sonra məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladı. Sinif rəhbərləri, müəllimlər məzunlara xoş arzularını bildirərək onlara gələcək həyatlarında uğurlar arzuladılar.
Qeyd edək ki, XI sinif üzrə buraxılış imtahanlarından 5 nəfər şagirdimiz, IX siniflər üzrə isə 4 nəfər şagirdimiz 200 baldan yuxarı bal toplamışdır.
2023-2024-cü tədris ilində pedaqoji fəaliyyətlərində seçilən müəllimlər və tədris ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri Fərman və Tərifnamələrlə təltif olundu. Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirildi. Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, sonda “Son zəng” çalındı.