Şəhid ailəsi ziyarət olunub.

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.10.2023-cü il tarixli 2-29-59/3-2-387F/2023 nömrəli əmri ilə "7-dən 17-ə vətənpərvər!" layihəsinin həyata keçirilməsi məqsədilə məktəbin ibtidai sinif müəllimi Sevda İsmayılovanın rəhbəri olduğu 2a  sinif şagirdləri şəhid Məmmədbəyli Natiq Vahid oğlunun ailəsini ziyarət etdilər. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə təşkil olunan ziyarətdə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhid Natiq Məmmədbəylinin həyatı, döyüş yolu haqqında ətraflı söhbətlər aparılıb məktəblilər tərəfindən şeirlər səsləndirilib.
     Natiq Məmmədbəyli - 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 20.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Natiq Məmmədbəyli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

   Şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin borcudur.
     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi