Məktəblərarası STEAM festivalı keçirildi.
Türkan qəsəbəsində yerləşən 262 nömrəli tam orta məktəbdə 119 və 256 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagird heyətinin iştirakı ilə STEAM festivalı təşkil olundu. Festivalın keçirilməsinin məqsədi məktəblərarası əməkdaşlığı inkişaf etdirmək, STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsidir.
Festivalda şagirdlərin STEAM dərslərində hazırladıqları əl işləri nümayiş olunaraq həmçinin satış yarmarkası təşkil edildi.