"7-DƏN 17-Ə VƏTƏNPƏRVƏR" LAYİHƏSİ
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.10.2023-cü il tarixli 2-29-59/3-2-387F/2023 nömrəli əmri ilə "7-dən 17-ə vətənpərvər!" layihəsinin həyata keçirilməsi məqsədilə məktəbin 5a sinif şagirdi Mayılov Həsənin hazırladığı maket silah kollekiyasından ibarət sərgi təşkil olunmuşdur. Şagirdlər tərəfindən böyük maraqla qarşılanan sərgidə onların vətənpərvər ruhda tərbiyələnməsi , ölkənin müdafiəsinə hər an hazır olmağın zəruriliyi və müharibə silahları ilə tanışlığın əhəmiyyəti barədə məlumat verildi.