"Korrupsiyaya qarşı mübarizə" mövzusunda maarifləndirici söhbət

   Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə 04 iyun 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin direktoru Mətanət Mayılova "Korrupsiyaya qarşı mübarizə" mövzusunda pedaqoji işçilərlə maarifləndirici söhbət apardı.

Məktəbin direktoru Mətanət Mayılova çıxış edərək tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini söylədi. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan direktor bu sahədə görülən tədbirlər çəçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırdı.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq bu sahədə maarifləndirmə işlərinin davamlı olaraq keçirilməsi imkanları müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi