"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda təqdimat

   "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19 - cu sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6- cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planının 3.5 Təhsil müəssisələrində- COP 29 çərçivəsində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin tarix müəllimləri tərəfindən "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda təqdimat keçirildi.

Təqdimatın keçirilməsində məqsəd şagirdləri ermənilərin işğal altında olmuş torpaqlarda etdikləri ekoloji terror haqqında, fauna və floraya vurduqları zərər barədə məlumatlandırmaq idi.

Təqdimatda çıxış edən müəllim və şagirdlər Ermənistanın 30 il davam etmiş işğalçılıq siyasəti; biomüxtəlifliyin məhv edilməsi; qəsdən törədilən yanğınlar; faydalı qazıntıların talan edilməsi və s. məsələlər müzakirə edildi.

Sonda "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda videoslayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi