"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Ən yaxşı təqdimat müsabiqəsi"

27 may 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin informatika müəllimi Rəhimzadə Nərmin tərəfindən V siniflər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ən yaxşı təqdimat müsabiqəsi” keçirildi. Yarışın keçirilməsinin əsas məqsədi şagirdlərin informatika fənninə olan marağın artırılması, komputer bacarıqlarının nümayiş olunması və inkişaf etdirilməsindən ibarət idi.
Nəticələrə əsasən Vc sinif şagirdi Əliyeva Xatun I yer, Vb sinif şagirdi Ağayeva Ləman II yer, Vc sinif şagirdi Hacıyeva Cəmilə III yerə layiq görüldü.
Qaliblər məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.