"Planetimizi qoruyaq" adlı dərs keçirildi.
Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin biologiya müəllimi Lətifə Rəhimzadə şagirdlərlə birlikdə "Planetimizi qoruyaq" mövzusunda açıq havada dərs keçirib.
Dərsin məqsədi müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.
Dərs şagirdlərin bioloji aləm, bitkilər, planetlər barədə öyrənilmiş biliklərin təqdim edilməsi, mövzu ilə əlaqəli maraqlı sualların cavablandırılması ilə davam edib.