Xəzər rayonunda “Müstəqillik Günü” ilə əlaqədar sərgi təşkil olunub.
24 may 2024-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Mərdəkan Mədəniyyət Sarayının parkında “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 28 May-Müstəqillik Günü münasibətilə rəsm sərgisi keçirilib. Sərgidə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və Xəzər rayon ümumtəhsil məktəbləri iştirak ediblər.
Sərgidə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin “Balaca rəssamlar” dərnəyinin üzvlərinin hazırladıqları Milli vətənpərlik mövzusunda rəsm və əl işləri, həmçinin "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş guşə nümayiş olunub və gələn qonaqlar tərəfindən maraqla izlənilib.