"28 May-Müstəqillik günü"nə həsr olunmuş turnirdə qalib olduq.
22 may 2024-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı, 216 nömrəli tam orta məktəbin dəstəyi ilə “28 May- Müstəqillik Günü”nə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin işçiləri arasında nərd üzrə turnir təşkil edildi.
Turnirdə məktəbimizin müəllimi Əliyev Ağasəməd 1-ci yerə çıxaraq diplom və hədiyyə ilə mükafatlandırıldı.