"Yaşıl dünyamız" adlı ekoloji guşə yaradıldı.

   Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15.03.2024-cü il tarixli, 3-29/-145F/2024 nömrəli əmri ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən məktəbimizdə maarifləndirici tədbirlərin keçirilməsi davam edir. Belə tədbirlərin təşkilində məqsəd təbiətin qorunmasına tövhə vermək, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, şagirdlərin məlumatlılığını artırmaqdan ibarətdir. Bu məqsədlə məktəbin foyesində “Yaşıl dünyamız” adlı ekoloji guşə yaradıldı. Şagirdlər bitkilərə qulluq qaydalarını əyani nümayiş etdirərək onların daha da yaxşı inkişafına yardımçı oldular.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi