Nağıl terapiyası adlı təlim keçirildi.
Uşaq və böyüklərin özlərini, duyğularını və ehtiyaclarını ifadə etmələrinə istiqamətlənmiş metodlardan biri nağıl terapiyasıdır. D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən II siniflərlə “Nağıl terapiyası” adlı təlim keçirildi. Nağıl terapiyasının məqsədi uşaqların birbaşa danışa bilmədikləri və anlamaqda çətinlik çəkdikləri hadisəni hekayə və nağıllarla bənzətmə şəklində dəyişdirərək ifadə edə bilmək bacarıqlarını aşılamaqdır. Şagirdlər “Küsəyən fil balası” adlı nağılı izləyərək diskussiya apardılar.
Sonda IIC sinif şagirdləri “Bir qalanın sirri” adlı kinofilmdən kiçik səhnəcik nümayiş etdirdilər. Təlimdə fəal iştirak edən şagirdlər mükafatlandırıldı.