COP 29 çərçivəsində təqdimat dərs keçirildi.
"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planı"nın 3.1 bəndinə uyğun olaraq, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin müəllimləri IX "B" sinfində "Qlobal iqlim dəyişikliyi " mövzusunda təqdimat xarakterli dərs təşkil etdi. Müəllim qeyd etdi ki, Azərbaycan qlobal iqlim dəyişmələrinə aid olan müxtəlif beynəlxalq qurumlara qoşularaq öhdəliklər götürməklə və ona layiqincə əməl etməklə dünya ölkələri arasında və ədələtli olduğunu sübut etmişdir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 konfransınən Azərbaycanda keçirilməsi ölkəmizin alternative enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək.
Sonda mövzu ilə bağlı videomateriallar nümayiş olundu.