III siniflərdə monitorinq keçirildi.
15 may 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə III siniflərdə BŞTİ tərəfindən monitorinq keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
Monitorinqdə şagirdlərə Ana dilindən 15, riyaziyyatdan 15 , ingilis dilindən 10 olmaqla cəmi 40 ədəd test tapşırığını cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. Monitorinq materialları şagirdlərə iki variantda təqdim olunub .
Monitorinqə məktəbin direktoru Mayılova Mətanət, nəzarətçi müəllimlər nəzarət edib.