"Rəngli dünyam" adlı fərdi rəsm sərgisi
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə IX sinif şagirdi Quliyeva Zəngubarın “Rəngli dünyam” adlı fərdi rəsm sərgisi keçirildi. Keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının, Aktivist Rəssamlar Assosiasiyasının üzvləri Əbdüləmi Əliyev, Validə Əliyeva, Tofiqə Əliyeva, Vüsalə Yunusova, Seymur Əlizadə, məktəb rəhbərliyi və dərnək üzvləri iştirak ediblər.
Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlərdən ibarət 30 rəsm işi nümayiş olunub.
Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar.