23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günü
23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüquqları günü kimi qeyd edilir. Bu məqsədlə 23 aprel 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxanasında VIIIC sinif şagirdlərinin iştirakı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı “Kitabla ünsiyyət” adlı dəyirmi masa keçirildi. Tədbirin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir. Kitabxana müdiri şagirdlərə kitab aləmindən maraqlı məlumatlar verdi və gələcəkdə şagirdlərin məktəb kitabxanasından necə səmərəli istifadə edə biləcəkləri haqda söhbət açdı.
Sonra şagirdlər öz sevimli kitablarından məlumat verərək şeirlər söylədilər, müzakirələr apardılar.