Məktəb üzrə ümumvalideyn iclası keçirildi.

Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır. Təhlükəsiz məktəblər şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam sərbəst hiss etdiklər yerdir. Qeyd olunanları nəzərə alaraq D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə təhlükəsizlik tədbirləri ilə əlaqədar bütün işçilər və valideynlərin maarifləndirilməsi ilə bağlı ümumvalideyn iclası keçirildi.

İclasda məktəbdə həftənin bir günü təhlükəsizlik günü elan edildi, həmin gün monitorinqlərin aparılması, maraqlı tərəflərin cəlb olunması ilə görüşlərin keçirilməsi, sinif rəhbərlərinin hesabatların dinləməsinin təşkili planlaşdırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi