"Dahi Füzuli" adlı dəyirmi masa keçirildi.
“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə 18 aprel 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxanasında “Dahi Füzuli” adlı dəyirmi masa keçirildi. İlk olaraq kitabxana müdiri çıxış edərək bildirdi ki, Füzuli ədəbi-bədii dilimizi yüksəklərə qaldırmış, klassik Azərbaycan, digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır.
Sonda şagirdlər şairin həyat və yaradıcılığı, poeziyası haqqında məlumat verərək, qəzəllərini oxuyaraq müzakirə etdilər.