Erkən nikah və qohumlararası nikahın fəsadları adlı maarifləndirici söhbət aparıldı.
18 aprel 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “Erkən nikah və qohumlararası nikahın fəsadları” adlı maarifləndirici söhbət aparıldı. Söhbətin keçirilməsində əsas məqsəd erkən nikah və qohumlararası nikahın dünyada və ölkəmizdə doğurduğu fəsadlar, cəmiyyətə vurduğu ziyanlar haqqında şagirdlərə məlumat verməkdən ibarət olmuşdur. Psixoloq qeyd etdi ki, erkən nikahlar gələcək nəsillərin sağlamlığını təhlükəyə atır, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə səbəb olur.
Sonda mövzu ilə bağlı şagirdlər də fikirlərini bildirərək geniş müzakirə apardılar.