Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması mövzusunda öyrədici-didaktik dərs

   2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı tədbirlər planına əsasən 15 aprel 2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin azərbaycan dili, ədəbiyyat müəllimi Nərgiz Əlisoy tərəfindən VIIC sinfində "Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması" mövzusunda öyrədici-didaktik dərs təşkil olundu. Tədris prosesində şagirdlər qruplara bölünərək şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş nümunələr əsasında layihə hazırladılar. Daha sonra qrup üzvləri tərəfindən nümunələrlə təbiətin qorunmasına yönəlmiş fikirlər səsləndirildi. Ətraf mühiti qorumağın vacibliyi, təbiətin həyatımızdakı mühüm yeri barədə birgə müzakirə aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi