2 Aprel-Beynəlxalq Uşaq kitabı günüdür.

   D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxanasında “Beynəlxalq Uşaq kitabı günü” ilə əlaqədar olaraq IIIB sinif şagirdləri ilə Azərbaycan və dünya xalq nağıllarının müzakirəsi keçirildi. Müzakirənin keçirilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, ona sevgi aşılamaq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltməkdir. Kitabxana müdiri uşaqların tərbiyəsində kitabların xüsusi yer tutduğunu vurğulayaraq qeyd etdi ki, kitablar uşaqları mənəvi zövqə malik bir insan kimi formalaşmasında mühüm rol oynayır.

Sonda şagirdlər nağıl qəhrəmanlarının obrazlarından ibarət çəkdikləri rəsmləri nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi