Reproduktiv sağlamlıq çərçivəsində “Yeniyetmələrin sirləri” mövzusunda məşğələ keçirildi.

   03.04.2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin biologiya müəllimi, tibb bacısı və psixoloq tərəfindən IX sinif qız şagirdləri ilə Reproduktiv sağlamlıq çərçivəsində “Yeniyetmələrin sirləri” mövzusunda məşğələ keçirildi. Məşğələdə şagirdlərə yeniyetməlik dövrünün özəlliklərindən, orqanizmdə baş verən dəyişikliklərdən, hormonal statusun formalaşmasından məlumat verildi. Daha sonra cinsi yetkinlik dövründə qızların orqanizmində baş verən dəyişikliklər, qadın orqanizminin quruluşu, qadın gigiyenası və gigiyenik vasitələrin düzgün seçilməsi və istifadəsi haqqında söhbət edildi.

Sonda mövzu üzrə slaydlar nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi