Heydər Əliyev Mərkəzinə ekskursiya

03.04.2024-cü il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin VI-VII sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiyaya dəvət olunmuşlar. Mərkəzdəki eksponatlarla tanış olan şagirdlərimiz bələdçilər tərəfindən hər birinin yaranma səbəbi, tarixi barədə məlumat aldılar. İlk əvvəl şagirdlərə Azərbaycanın milli-mədəni irsi, çalğı alətləri, qədim məişət əşyaları və geyim növləri barədə məlumat verildi. Daha sonra ulu öndər Heydər Əliyevin nailiyyətləri, maraq dairəsi, məktəb və universitetdə olan uğurları, geyimləri , görüşlərdəki çıxışları, Qarabağı işğaldan azad etmək cəhdləri,həmçinin Xocalı, 20 Yanvar hadisələrinə qarşı sərt reaksiyası və digər mühüm məqamlar da şagirdlərin nəzərinə çatdırıldı.
Ekskursiya şagirdlər tərəfindən maraqla qarşılandı.