Azərbaycan Milli Xalça muzeyinə ekskursiya təşkil olundu.
"Dəyərlərimizi qoruyaq!" layihəsinin icrasını təmin etmək, xalqımızın qədim adət-ənənələrinin, yaşayış tərzinin öyrənilməsi məqsədilə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin müəllimi Nərgiz Əlisoy tərəfindən rəhbəri olduğu 6a sinif şagirdləri ilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil olundu. Muzeydə şagirdlərə xalçaçılıq sənətinin keçdiyi inkişaf yolu, keçmişdə insanların məşğul olduğu sənət sahələri, milli geyim növlərimiz, qədim əşyalarımız, keçmişdə insanların yaşayış tərzi barədə ətraflı məlumat verildi. Şagirdlərimiz həmçinin muzeydə yaradılmış " Türk xalqlarında novruz " sərgisi ilə tanış olaraq ortaq və fərqli adət-ənənələrimiz barədə məlumat topladılar.